Vasitəçilər son hücumlardan sonra ABŞ və İran arasında atəşkəs əldə etməyə çalışırlar- ÖZƏL
11:39 DünyaYaxın Şərq vasitəçiləri 28 və 29 iyul tarixlərində bir sıra hava hücumlarından sonra yaranan növbəti gərginləşmə dalğasından sonra ABŞ və İran arasında atəşkəs danışıqlarını bərpa etməyə çalışırlar. Olaylar.az xəbər verir ki, bu barədə Associated Press (AP) mənbələrə istinadən məlumat yayıb.
Çərşənbə axşamı günü İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İranın elit hərbi bölməsi) İordaniyadakı ABŞ aviabazasına və orada yerləşən ABŞ Mərkəzi Komandanlığının qərargahına ballistik raket hücumu etdiyini bildirib . Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp İran ərazisinə güclü zərbələr endirmək niyyətini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, komanda məntəqələri də daxil olmaqla, İİKK-nın onlarla obyekti vurulub.
Eyni zamanda, "The Wall Street Journal" qəzetinin Amerika rəsmisinə istinadən qeyd etdiyi kimi , ABŞ-ın zərbələri İslam Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması demək deyil.