Ankarada ŞOK ƏMƏLİYYAT: Bələdiyyə sədri olan məşhur aktyor SAXLANILDI
11:30 DünyaTürkiyənin Ankara şəhərində Cümhuriyyət Xalq Partiyasının (CHP) idarəçiliyində olan Etimesqut Bələdiyyəsinə qarşı xüsusi əməliyyat keçirilib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Etimesqut Bələdiyyə sədri, tanınmış aktyor Erdal Beşikçioğlu ilə yanaşı, çoxlu sayda şəxsin saxlanıldığı bildirilir.
Əməliyyatın hansı təhqiqat və cinayət işi çərçivəsində həyata keçirildiyi barədə hələlik rəsmi açıqlama verilməyib.
Hazırda Etimesgut Bələdiyyəsinin binasında, eləcə də saxlanılan şəxslərin yaşayış ünvanlarında axtarışlar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31