Qaqik Tsarukyanın tərəfdarları Hökumət binası qarşısında etiraz aksiyası keçirirlər – ÖZƏL
11:13 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanda "Çiçəklənən Ermənistan" partiyasının sədri, iş adamı Qaqik Tsarukyanın tərəfdarları Hökumət binası önündə etiraz aksiyası təşkil ediblər.
Qeyd edək ki, Tsarukyan iri həcmdə dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə həbs olunub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, iranlı biznesmenlərə məxsus 21 milyon dollardan çox dəyərində əmlakın mənimsənilməsini təşkil edib. Tsarukyanın vəkilləri və partiya nümayəndələri isə bu ittihamları rədd edərək bildirirlər ki, əksinə, iranlı sahibkarların Tsarukyana borcu var və buna dair veksellər mövcuddur. Müdafiə tərəfinin bildirdiyinə görə, İranda keçirilən məhkəmə prosesində həmin şəxslər təqsirli bilinərək Tsarukyana iri məbləğdə təzminat ödəməyə məhkum ediliblər.