X platforması İranın dövlətə bağlı "Tasnim" xəbər agentliyinin hesabını bloklayıb.
Milli.Az xəbər verir ki, sosial şəbəkədə "Tasnim"in ingilis və fars dillərindəki rəsmi hesabları artıq əlçatan deyil. Hesablara daxil olmağa cəhd edildikdə "Hesab dayandırılıb" bildirişi göstərilir. X platforması isə bloklanmanın konkret səbəbini açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31