Gürcüstandan əcnəbilər deportasiya edilib-ÖZƏL
10:55 DünyaGürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə 96 əcnəbini deportasiya ediblər. Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan, Albaniya, Belarus, Misir, İordaniya, Hindistan, İraq, Çin, Kuba, Küveyt, Kot-dchr("39")İvuar, Livan, Madaqaskar, Mərakeş, Nigeriya, Rusiya, Səudiyyə Ərəbistanı, Sudan, Tayland, Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrin vətəndaşları Gürcüstandan çıxarılıb.
Deportasiya olunmuş şəxslərin Gürcüstana girişi qadağan edilib.
Gürcüstan son zamanlar qanunsuz miqrantlarla fəal mübarizə aparır. Parlament immiqrasiya qanunlarını sərtləşdirib, deportasiya prosedurlarını və miqrantların axtarışını sadələşdirib. Hər ay Gürcüstan Daxili İşlər Nazirliyi onlarla xarici vətəndaşın ölkədən çıxarılması barədə məlumat verir.