Qəzzada ölənlərin sayı 73 mini keçdi

2023-cü ilin oktyabrından bəri Qəzza zolağında davam edən hərbi əməliyyatlar və İsrailin hava zərbələri nəticəsində təxminən 60 700 fələstinli uşaq yetim qalıb.

Olaylar xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təxminən 52 000 azyaşlı atasını, 6 000 uşaq anasını, 2 700 uşaq isə hər iki valideynini itirib.

Nazirlik bildirib ki, bölgədə münaqişənin başlanmasından indiyədək həlak olanların sayı 73 335 nəfərə çatıb, 174 mindən çox fələstinli isə yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31