Ermənistanda hakim partiya deputatının qardaşı barəsində prokurorluğa şikayət edilib – ÖZƏL
14:55 DünyaOlaylar.az xəbər verir ki, "Məlumatlı Vətəndaşlar Birliyi" İctimai Təşkilatının sədri Daniel İoannisyan hakim "Mülki Müqavilə" partiyasından olan deputat Hayk Koncoryanın qardaşı Avet Koncoryan barəsində Baş Prokurorluğa cinayət işi haqqında məlumat göndərib.
Təşkilat rəhbəri onun küçədə avtomobildən ictimai qaydada söyüş söyməsini xuliqanlıq kimi qiymətləndirib. İoannisyan bildirib ki, qanunsuz hərəkəti edən şəxsin yüksək vəzifəli məmurun qardaşı olması səbəbindən hüquq-mühafizə orqanlarının məsələyə göz yumması riskini nəzərə alaraq bu addımı atıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31