Ermənistan Avrasiya İqtisadi İttifaqının prinsiplərinin pozulmasından narahatdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Qevork Papoyan baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını şərh edərkən bildirib ki, İrəvan Avrasiya İqtisadi İttifaqının mexanizmlərinin fasiləsiz işləməsində maraqlıdır. Paşinyan söhbət zamanı erməni mallarının Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlərin təşkilatın normalarına zidd olduğunu vurğulayıb və problemlərin həlli üçün tədbirlər görülməsini istəyib. 

Papoyan qeyd edib ki, qurumun prinsipləri pozularsa, Aİİ də KTMT-nin taleyini yaşaya bilər. Nazir həmçinin ərəb, Avropa və Çin bazarlarına çıxan erməni məhsullarının keyfiyyətinə şübhə edilməməli olduğunu diqqətə çatdırıb. Statistikaya əsasən, Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ümumi ticarət dövriyyəsinin təxminən 40%-ni və ÜDM-nin 14%-ni itirmək riski ilə üz-üzədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31