Çinin ABŞ-dakı səfiri: "Çin heç vaxt hegemonluğa can atmayacaq"- ÖZƏL
11:00 DünyaPekin heç vaxt hegemonluq yolunu tutmayacaq və dünyanı təsir dairələrinə bölməyə çalışmayacaq. Olaylar.az xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfiri Se Fen bildirib. O, Xalq Azadlıq Ordusunun (XAO) yaradılmasının 99-cu ildönümü münasibətilə Vaşinqtonda Çin səfirliyində keçirilən qəbulda çıxış edərkən bildirib ki, "Beynəlxalq vəziyyətin necə dəyişməsindən və Çinin inkişaf yolunda nə qədər irəliləməsindən asılı olmayaraq, biz heç vaxt hegemonluq və ya genişlənməyə can atmayacağıq və heç bir təsir dairəsi yaratmağa çalışmayacağıq. Əksinə, biz qlobal sülhün və sabitliyin dayağı olmağa davam etməyə sadiqik".
Xie Feng Çinin təhlükəsizlik strategiyasının "özünümüdafiəyə yönəldiyini" vurğulayıb. O, həmçinin Çinin "nüvə silahlarının ilk istifadə edilməməsi siyasətinə sadiq olduğunu və heç vaxt nüvə silahlanması yarışına qatılmadığını" qeyd edib.