Aİ-dən “İnter RAO”ya sanksiya: Gürcüstan müxalifətindən hökumətə sərt təpki – ÖZƏL
10:24 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın müxalif "Gürcüstan naminə" partiyasının üzvü Levan Qogiçaişvili, Tiflisin elektrik təchizatçıları olan "Telasi" və "Telmiko" şirkətlərinin dolayı sahibi - Rusiya dövlətinin nəzarətindəki "İnter RAO"ya Avropa İttifaqının sanksiya tətbiq etməsindən sonra hakimiyyəti kəskin tənqid edib.
Qogiçaişvili vurğulayıb ki, Gürcüstan hökuməti dörd ildən çoxdur davam edən müharibəyə və ehtimal olunan sanksiya risklərinə baxmayaraq heç bir tədbir görməyib. Rusiya şirkətinin Tiflis elektrik enerjisi bazarındakı payının vaxtında məhdudlaşdırılmadığını bildirən müxalifətçi, bu məsuliyyətsizlik və qeyri-peşəkarlığın Gürcüstan vətəndaşlarını bank məhdudiyyətləri və maliyyə çətinlikləri ilə üz-üzə qoyduğunu qeyd edib. O, gözlənilən böhranın qarşısını almaq üçün yeganə çıxış yolunun "İnter RAO"nun səhm payının Aİ sanksiyalarından azad olunacaq səviyyəyə təcili olaraq endirilməsi olduğunu bildirib.