Politoloq: "Paşinyanın Putinə zəng etməsi siyasi seçim yox, obyektiv zərurət idi" – ÖZƏL
12:35 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanlı politoloq Suren Surenyants Baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığını şərh edib. Politoloqun sözlərinə görə, Paşinyanın bu addımı siyasi seçimdən daha çox, Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlər və Avropa tərəfdaşları ilə təmasların gözlənilən nəticəni verməməsi fonunda yaranmış obyektiv zərurətdən irəli gəlib. Danışıq zamanı İrəvan tərəfi Rusiya bazarında erməni mallarına qoyulan qadağaların aradan qaldırılması məsələsini qaldırsa da, Moskva əsas diqqəti Ermənistanın Aİ və ya AİƏB arasında dəqiq strateji seçim etməsinə və bu barədə ümumxalq referendumu keçirməsinə yönəldib.
Surenyants qeyd edib ki, Moskva İrəvanın eyni vaxtda "iki stulda oturmaq" cəhdlərini artıq qəbul etmək istəmir və bu danışıq ikitərəfli münasibətlərdəki böhranın dəf olunması üçün start meydançası ola bilməyib.