Yaponiyada 7,1 bal gücündə zəlzələdən sonra Kyuşudakı AES-lər normal fəaliyyətini davam etdirir- ÖZƏL
12:31 DünyaYaponiyanın cənubundakı Kyuşu adasında yerləşən "Sendai" və "Genkay" atom elektrik stansiyaları 7,1 bal gücündə baş verən zəlzələdən sonra normal rejimdə fəaliyyətini davam etdirir.
Olaylar.az xəbər verir ki, məlumata görə, bu barədə stansiyaların operatoru olan Kyushu Electric Power şirkəti açıqlama yayıb.
Bildirilib ki, "Sendai" AES-in istismarda olan birinci və ikinci enerji blokları, həmçinin "Genkay" AES-in dördüncü reaktoru ştat rejimində işləyir və hər hansı nasazlıq qeydə alınmayıb.
Qeyd edək ki, 7,1 bal gücündə zəlzələ Kumamoto prefekturası yaxınlığında baş verib. Hadisədən sonra Ariake və Yatsuşiro körfəzlərinin sahilləri üçün hündürlüyü 1 metrə çata biləcək sunami təhlükəsi elan olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31