Tramp administrasiyası Cənubi Qafqazda TRIPP layihəsini sürətlə irəli sürür – ÖZƏL
13:17 DünyaOlaylar.az xəbər verir ki, politoloq Suren Sarkisyanın bildirdiyine görə, ABŞ-nin Tramp administrasiyası Cənubi Qafqaz və Mərkəzi Asiyada 1992-ci ildən bəri görünməmiş fəallıq nümayiş etdirir. Rusiyanın Ukraynadakı müharibəyə diqqət yetirməsi və İranın təsirinin zəifləməsi Vaşinqtona regionda daha fəal rol oynamaq imkanı yaradıb. Bu prosesdə Mərkəzi Asiyanı Ermənistan və Türkiyə vasitəsilə Avropaya birləşdirən "TRIPP" layihəsinin əsas memarlarından biri Stiv Vitkoffdur. Onun prezidentlə birbaşa əlaqəsi ilk mərhələdə bürokratik maneələrin qarşısını alıb. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi Vaşinqtona Rusiyanı regiondakı əsas təsir rıçaqından məhrum etmək şansı verir. Tramp administrasiyasının bürokratiyanı minimuma endirən idarəetmə üslubu, qərarların operativ qəbulu və Marko Rubionun xarici siyasətlə milli təhlükəsizlik sistemini sıx koordinasiya etməsi bu irimiqyaslı geo-siyasi layihənin daha sürətli və effektiv reallaşmasına şərait yaradır.