Şalva Papuaşvili: Aİ və ABŞ siyasətçilərinin Gürcüstana təzyiqləri cavabsız qalmayacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili amerikalı konqresmen Co Uilsonun bəyanatlarına reaksiya verərək, amerikalı tərəfdaşların ona fikir verməməyi tövsiyə etdiyini bildirib. Papuaşvili vurğulayıb ki, ABŞ administrasiyası öz maraqlarını yaxşı bilir və Uilsonun xatırlatmalarına ehtiyac duymur. 

Spiker həmçinin Brüsselin Gürcüstanın gələcəyindən daha az narahat olduğunu qeyd edərək, hakimiyyətin iki əsas məqsədinin ölkənin ərazi bütövlüyünü bərpa etmək və əhalinin rifahını artırmaq olduğunu deyib. O, Brüsselin Rusiya ilə gərginliyi artırmaq çağırışlarına uymayacaqlarını və heç bir xarici gündəlik naminə ölkənin milli maraqlarını riskə atmayacaqlarını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31