Belarus XİN: Aİ sanksiyaları ən çox Birliyin özünə zərər vurur- ÖZƏL

Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib ki, Avropa İttifaqının Belarus və Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar ilk növbədə Aİ ölkələrinə və onların vətəndaşlarına mənfi təsir göstərir.
Nazirin sözlərinə görə, hər yeni sanksiya paketi Avropa İttifaqına daha çox zərbə vurur, Belarus isə bu məhdudiyyətlərə daha davamlıdır. Olaylar.az xəbər verir ki, o qeyd edib ki, Belarus Rusiya ilə birlikdə Avrasiya, Afrika və digər tərəfdaşlarla əməkdaşlığı genişləndirərək iqtisadi və logistika imkanlarını inkişaf etdirir.
Rıjenkov əlavə edib ki, Belarus məhsulları Baltik limanları əvəzinə Rusiya limanları vasitəsilə ixrac oluna bilər. O, həmçinin iddia edib ki, Aİ sanksiyalar nəticəsində bazarlardan uzaq düşüb, ucuz enerji resurslarına çıxışını itirib və nəqliyyat-logistika zəncirlərində ciddi çətinliklərlə üzləşib.
Nazirin fikrincə, mövcud vəziyyət göstərir ki, sanksiyalardan ən çox zərər çəkən tərəf məhz Avropa İttifaqıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31