Şalva Papuaşvili: Aİ-yə bərabərhüquqlu olmayan üzvlük suverenliyin ləğvidir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili sosial şəbəkədəki paylaşımında bildirib ki, kiçik dövlətlər üçün Avropa İttifaqından kənarda qalmaq daha sərfəli ola bilər, çünki bu halda müstəqil qərar qəbul etmək azadlığı qorunub saxlanılır. Papuaşvilinin sözlərinə görə, namizəd ölkələrə mövcud Aİ-yə bərabərhüquqlu üzvlük deyil, hüquqları və təsir mexanizmləri məhdudlaşdırılmış, yalnız öhdəliklər yükləyən dəyişdirilmiş bir sistem təklif olunur. 

Spiker vurğulayıb ki, ölkəni öz milli maraqlarını qorumaq imkanından məhrum edən üzvlük inteqrasiya deyil, suverenliyin ləğvidir və hazırkı şəraitdə Aİ-yə yeni üzvlərin qəbulu imkanı artıq real görünmür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31