Almaniya kansleri Nəqliyyat nazirini vəzifəsindən kənarlaşdırır – ÖZƏL
13:27 DünyaOlaylar.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts ölkənin Nəqliyyat naziri Patrik Şnideri (Xristian-Demokrat İttifaqı - XDİ) vəzifəsindən azad etməyi planlaşdırır.
"Bild" nəşrinin hakim koalisiyadakı mənbələrə istinadən verdiyi məlumata görə, bu qərarın əsas səbəbi kanslerin dəmir yolu şəbəkəsindəki və nəqliyyat infrastrukturundakı problemlər fonunda nazirliyin fəaliyyətindən narazı qalmasıdır. Ayrılan rekord büdcəyə baxmayaraq, infrastrukturun modernləşdirilməsi və "Deutsche Bahn"ın fəaliyyətində ciddi irəliləyiş əldə olunmayıb. Merts nəqliyyat sahəsindəki böhranı siyasi problem hesab edir, çünki vətəndaşlar yolların mövcud vəziyyətini dövlətin öz funksiyalarını effektiv yerinə yetirə bilməməsi kimi qiymətləndirirlər. Hökumətdə kadr dəyişikliklərinin davam edəcəyi, daha əvvəl Federal Kansler Aparatı və Səhiyyə Nazirliyinin rəhbərliyində də dəyişikliklərin olacağı bildirilib.