Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandırır – ÖZƏL
11:01 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Baytarlıq və Bitki Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") 2026-cı il iyulun 27-dən etibarən Ermənistandan süd məhsullarının ölkəyə gətirilməsinə məhdudiyyət tətbiq edir.
Qərar iyulun 14-dən 21-dək Ermənistanın süd emalı müəssisələrində aparılan yoxlamaların nəticələri əsasında qəbul olunub. Bununla bağlı "Rosselxoznadzor" Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinə müraciət edərək, iyulun 27-dən etibarən Rusiya ünvanına göndərilən bütün yerli müəssisələrin süd məhsullarına baytarlıq sertifikatlarının verilməsini dayandırmağı xahiş edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31