Aİ-dən Kulevi Neftayırma Zavoduna qarşı sanksiya: 6 aydan sonra əməliyyatlara qadağa qoyulacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində Gürcüstanın Kulevi qəsəbəsində yerləşən və Rusiya neftinin emalı ilə məşğul olan neftayırma zavodunu sanksiya siyahısına daxil edib. Aİ Şurasının bəyanatına əsasən, bu müəssisə ilə əməliyyatların aparılmasına qoyulan qadağa 6 aydan sonra qüvvəyə minəcək.

Yeni sanksiya paketi neft sektorunda ümumilikdə 18 hüquqi və 1 fiziki şəxsi, o cümlədən Rusiyadakı 3 neftayırma zavodunu, Belarusun böyük bir neftayırma müəssisəsini və Belarus neft məhsullarının Rusiyada satışını həyata keçirən şirkəti əhatə edir. Sənəd Rusiya xammalını emal edən üçüncü ölkələrdəki müəssisələrlə də əməliyyatları məhdudlaşdırmağa imkan verir.

Bundan əlavə, Rusiya nefti və neft məhsullarının satınalma məhdudiyyətlərini pozduqlarına görə daha beş neft treyderinə qarşı əməliyyat qadağası tətbiq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31