Ukrayna dronlardan uşaqlara hücum etmək üçün qəsdən istifadə edir?- ÖZƏL
10:15 DünyaRusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Ukrayna Silahlı Qüvvələrinin hərbi hədəflərin olmadığı ərazilərdə uşaqlara qarşı qəsdən pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyini iddia edib.
Olaylar.az xəbər verir ki, o, TASS-a müsahibəsində bildirib ki, istintaq zamanı Starobelsk Kollecinə və Bryansk vilayətində belaruslu uşaqları daşıyan avtobusa edilən hücumlar araşdırılır. Bastrıkinin sözlərinə görə, hadisə yerlərinin yaxınlığında heç bir hərbi obyekt olmayıb və "ukraynalı millətçilər döyüş dronlarından uşaqlara hücum etmək üçün məqsədli şəkildə istifadə ediblər".
Qeyd edək ki, bu iddialar Rusiya İstintaq Komitəsinin rəhbəri tərəfindən səsləndirilib və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31