Azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu

Qara dənizdə azərbaycanlı dənizçilərin də olduğu "Mukhtar Gasımlı" adlı quru yük gəmisi dron hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, IMO 9311892 nömrəli gəmi iyulun 22-də Kerç boğazının cənubunda pilotsuz uçuş aparatı ilə hədəf alınıb.

İlkin məlumatlarda hücumun nəticələri ilə bağlı rəsmi açıqlama verilməsə də, sonradan məlum olub ki, hadisə zamanı gəmidə olan azərbaycanlı dənizçilər də daxil olmaqla ekipaj üzvləri arasında ölən və ya yaralanan olmayıb.

Bildirilir ki, hücumdan sonra "Mukhtar Gasımlı" təhlükəsiz şəkildə Türkiyənin Sinop limanına çatıb.

Qeyd edək ki, son günlər Qara dəniz və Kerç boğazı ətrafında pilotsuz uçuş aparatlarının hücumları intensivləşib. Bu da bölgədə üzən mülki gəmilərin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31