ABŞ və Rusiya nüvə gücləri kimi dialoqu davam etdirməlidirlər- ÖZƏL
13:58 DünyaOlaylar.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton və Moskva dünyanın ən böyük nüvə gücləri kimi bir-biri ilə dialoqu davam etdirməlidirlər.
Rubionun sözlərinə görə, iki ölkə arasında əlaqələrin tamamilə kəsilməsi məsuliyyətsiz addım olardı. O vurğulayıb ki, ABŞ və Rusiya qlobal təhlükəsizlik və strateji sabitlik məsələlərində ünsiyyəti qoruyub saxlamalıdır.
"ABŞ və Rusiya ən böyük nüvə gücləri kimi danışmalıdırlar. Dialoqun olmaması ehtiyatsızlıq olardı",- deyə Rubio qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31