"Daşnaktsutyun" Ermənistan hakimiyyətini iqtidar müxalifətini maliyyələşdirənləri təqib etməkdə ittiham edir – ÖZƏL
13:06 DünyaOlaylar.az xəbər verir ki, "Daşnaktsutyun" partiyasının Ali Qurumu Ermənistan istintaq orqanlarının müxalifətə qanuni yolla ianə edən vətəndaşları təqib etməyə başladığını bəyan edib. Partiyanın yaydığı məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları qanunvericiliyin tələblərinə uyğun şəkildə ianə verən şəxsləri, dəstəkçiləri və partiya üzvlərini qanunsuz olaraq saxlayır və dindirirlər.
Bunu növbəti siyasi repressiya və təqib dalğası kimi qiymətləndirən "Daşnaktsutyun", hakim "Mülki Müqavilə" partiyasının seçkilərdə inzibati resurslardan və qanunsuz gəlirlərdən istifadə etdiyinə dair faktların diqqətdən kənarda qaldığını vurğulayıb. Partiya rəhbərliyi beynəlxalq təşkilatları və müşahidə missiyalarını Ermənistan hakimiyyətinin bu qanunsuz addımlarına obyektiv qiymət verməyə çağırıb.