Ruben Vardanyan Bakı hərbi məhkəməsinin hökmündən AİHM-ə şikayət edib – ÖZƏL
11:39 DünyaOlaylar.az xəbər verir ki, Bakıda 20 il müddətinə azadlıqdan məhrum edilən qondarma rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyanın hüquqlarını müdafiə edən vəkil Siranuş Saakyan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət ərizəsi təqdim edib. Şikayətdə Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmün İnsan Hüquqları üzrə Avropa Konvensiyasının maddələrini pozduğu iddia olunur.
Vəkilin sözlərinə görə, R.Vardanyan daxili hüquqi müdafiə vasitələrini səmərəsiz hesab etdiyi üçün ölkədaxili apellyasiya verməyərək birbaşa beynəlxalq hüquqi mexanizmlərə müraciət etmək qərarına gəlib. Qeyd edək ki, fevral ayında məhkəmə tərəfindən yekunlaşan cinayət işi çərçivəsində Ruben Vardanyan da daxil olmaqla, Qarabağdakı keçmiş rəhbərlər və hərbi-siyasi xadimlərinə müxtəlif müddətli və ömürlük həbs cəzaları kəsilib.