Tramp seçki risklərinə baxmayaraq, İranla münaqişəni davam etdirməkdə qərarlıdır – ÖZƏL
11:29 DünyaABŞ Prezidenti Donald Tramp, amerikalıların narazılığına və noyabrda keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının mövqelərinin zəifləməsi riskinə baxmayaraq, İranla hərbi münaqişəni davam etdirmək niyyətindədir.
Olaylar.az xəbər verir ki, "Politico" nəşrinin ekspertlərə və Ağ Evə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Trampın geri çəkilmək fikri yoxdur və o, hətta siyasi itkilər bahasına olsa belə, bu addımı atmağa hazırdır.
Məqalədə qeyd olunur ki, son vaxtlar amerikalı hərbçilərin həlak olması Ağ Ev rəhbərinə cavab tədbirlərini sərtləşdirmək üçün təzyiqləri artırıb. Ağ Evin Konqresdən müdafiə xərcləri üçün əlavə böyük büdcə istəməsi də Vaşinqtonun uzunmüddətli əməliyyatlara hazırlaşdığını göstərir. Bununla belə, Respublikaçılar münaqişənin ölkə iqtisadiyyatına və sıravi amerikalıların gündəlik xərclərinə mənfi təsirindən, eləcə də ABŞ-nin bu baha başa gələn "bataqlıqdan" çıxmaq imkanlarının sürətlə tükənməsindən ciddi narahatlıq keçirirlər.