Fransada narkotik testi müsbət çıxan məmurlar vəzifədən kənarlaşdırılıb- ÖZƏL
11:11 DünyaFransanın Baş naziri Sebastyan Lekornu narkotik testi müsbət nəticə verən bir neçə dövlət qulluqçusunun vəzifədən kənarlaşdırıldığını açıqlayıb. Olaylar.az xəbər verir ki, neçə məmurun və hansı qurumlardan uzaqlaşdırıldığını açıqlamayıb. Lekornu bildirib ki, dövlət qulluqçuları arasında gözlənilməz narkotik testləri davam etdiriləcək. Onun sözlərinə görə, yüksək məxfi məlumatlara çıxışı olan məmurların narkotik istifadə etməsi təhlükəsizlik baxımından qəbuledilməzdir.
Fransa hökuməti testlərin nəticələrinin şəxsi həyatın toxunulmazlığı səbəbindən ictimaiyyətə açıqlanmayacağını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31