Gürcüstanda 90-dan çox siyasi məhbusun olduğu bildirilir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tbilisi, "Beynəlxalq Şəffaflıq - Gürcüstan" təşkilatının hesabatına istinadən ölkədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) meyarlarına cavab verən 91 siyasi məhbusun olduğunu bəyan edib. Təşkilat tərəfindən yenilənmiş sənədlərdə saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlar, cəza müddətləri və konkret meyarlar öz əksini tapıb.

Məsələyə münasibət bildirən "Güclü Gürcüstan - Lelo" birliyinin liderlərindən biri Qiorqi Sioridze mövcud məhkəmə və hüquq-mühafizə sistemini kəskin tənqid edərək hakimiyyətin bu siyasətlə Sovet Gürcüstanının irsini geridə qoyacağını vurğulayıb. O, siyasi məhbusların azad edilməsini tələb edərək bildirib ki, insanları girov saxlamaqla Avropa İttifaqı ilə alver etmək cəhdləri qəbuledilməzdir və ölkədə siyasi təqiblər dövrünə dərhal son qoyulmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31