Ronaldu DÇ-2026 ilə bağlı qalmaqallı paylaşımı bəyəndi

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu FIFA-nı korrupsiyada ittiham edən videonu bəyənib.

İdman.Biz  bildirir ki, portuqaliyalı ulduzun bəyəndiyi videoda FIFA-nın korrupsiyaya yol verdiyi və Argentina millisinin DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində 2:1 hesablı qələbə qazanaraq finala yüksəlməsinə kömək etdiyi iddia olunur.

Qeyd edək ki, daha əvvəl də FIFA azarkeşlər və bəzi rəsmi şəxslər tərəfindən DÇ-2026 zamanı Argentinaya kömək etməkdə ittiham edilmişdi. Xüsusilə Misir millisinin vurduğu qolun hakimlər tərəfindən ləğv edilməsi bu iddiaların əsas səbəblərindən biri kimi göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31