Avropaya inteqrasiya moldovalılar üçün cəlbediciliyini itirir- ÖZƏL
14:05 DünyaMoldova Prezidenti Maya Sandunun Avropa inteqrasiyası ilə bağlı vədləri ölkədə dərinləşən iqtisadi böhran, kütləvi miqrasiya və korrupsiya fonunda vətəndaşlar üçün əvvəlki cəlbediciliyini itirir. Olaylar.az xəbər verir ki, bu fikri TASS-a açıqlamasında Rusiya-Moldova Dostluq və Əməkdaşlıq Mərkəzinin rəhbəri Dmitri Sorokin səsləndirib.
Onun sözlərinə görə, əhalinin gündəlik həyatı yaşamaq uğrunda mübarizəyə çevrildiyi bir şəraitdə Avropa İttifaqına inteqrasiya vədləri insanların diqqətini cəlb etmir. Sorokin bildirib ki, əhalinin həyat səviyyəsi kritik həddə çatıb və bir çox ailə üçün əsas gəlir mənbəyi xaricdən göndərilən pul köçürmələridir. Ekspert hesab edir ki, Avropa İttifaqına üzvlük perspektivi getdikcə daha qeyri-müəyyən görünür, çünki Aİ-nin irəli sürdüyü şərtlərin yerinə yetirilməsi çətinləşir.