Kremldən London və Ukrayna ilə bağlı BƏYANAT: Əlaqələrin yaxşılaşacağına ümid yoxdur – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın yeni baş nazirinin təyinatı ilə Moskva və London arasında münasibətlərin düzeləcəyinə ümid etmədiklərini bildirib. O, Rusiya lideri Vladimir Putinin yeni britaniyalı həmkarı ilə hələlik hər hansı təmasının planlaşdırılmadığını diqqətə çatdırıb. Peskov Londonun ilk bəyanatlarında Kiyevi dəstəkləməyə davam edəcəyini vurğuladığını qeyd edərək, Ukraynada xarici hərbi kontingentin yerləşdirilməsini qəbulolunmaz adlandırıb və hərbi əməliyyatların məhz NATO qoşunlarının oraya daxil olmasının qarşısını almaq məqsədi taşıdığını bildirib. 

Mətbuat katibi, həmçinin "Wildberries" anbarına edilən hücumdan sonra şirkətdə yaranan çətin vəziyyətlə Rusiya Hökumətinin məşğul olduğunu əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31