Ermənistan Aİ-yə balıq ixracını müzakirə edir, fermerlər isə etiraz edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan İqtisadiyyat Nazirliyi balıqçılıq təsərrüfatları və ixracatçılar üçün Avropa İttifaqı bazarına çıxış mövzusunda onlayn müzakirə təşkil edir. Mayın 15-dən Rusiyaya balıq ixracı dayandırıldıqdan sonra hökumət Avropa Komissiyasından icazə alındığını və şirkətlərin 97%-nin buna hazır olduğunu bildirsə də, balıqçılar bu fikirlə razılaşmır. Dövlət dəstəyi tələb edən istehsalçılar hökumət binası qarşısında növbəti etiraz aksiyası keçirərək nazir Qevork Papoyanla görüşdən imtina edib və vitse-premyerlə görüş tələb ediblər. Rəsmilər Aİ standartlarına, TRACES NT sistemində qeydiyyata və sertifikatlaşdırmaya diqqət çəksələr də, vitse-premyer Mher Qriqoryan avropaya gedən yük maşınları üçün elektron naviqasiya plombları probleminin hələ də həll olunmadığını və nikbinliyə əsas olmadığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31