Paata Burçuladze: “4 oktyabr hadisələrinin təşkilatçısı mən olmuşam” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tbilisi Apellyasiya Məhkəməsində oktyabrın 4-də Atoneli küçəsindəki Prezident Sarayı qarşısında baş verən hadisələrə görə məkum olunanların işi üzrə məhkəmə iclası keçirilib. Təqsirləndirilənlərdən Paata Burçuladze aksiyanın təşkilatçısı olduğunu etiraf edərək, təxribat olmasaydı hər şeyin dinc şəraitdə keçəcəyini bəyan edib. O, digər müxalif siyasi xadim Paata Mancqaladzenin bu proseslərdə təşkilatçı kimi iştirak etmədiyini vurğulayıb.

Xatırladaq ki, birinci instansiya məhkəməsi strateji obyektlərin tutulmasına cəhd, qrup halında zorakılıq təşkil etmək və hakimiyyəti devirməyə çağırış ittihamları ilə P. Burçuladze və P. Mancqaladze də daxil olmaqla bir neçə nəfəri 7 il, digər təqsirləndirilənləri isə 2 ildən 5 ilə qədər azadlıqdan məhrum edib. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31