Çin: Rusiya ilə vizasız rejimin uzadılması dostluğu daha da möhkəmləndirəcək- ÖZƏL
21 İyul 12:33 DünyaÇin və Rusiya arasında qarşılıqlı vizasız rejimin uzadılması iki ölkə vətəndaşlarının səfərlərini asanlaşdıracaq, əməkdaşlığın inkişafına təkan verəcək və xalqlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək. Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan brifinqdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, vizasız rejimin uzadılması vətəndaşların qarşılıqlı səfərlərini sadələşdirəcək, humanitar əlaqələri genişləndirəcək, həmçinin iki ölkə arasında mübadilə və əməkdaşlığın inkişafına töhfə verəcək.
Lin Tsyan əlavə edib ki, Çin tərəfi Rusiyanın Çin vətəndaşları üçün vizasız giriş rejimini uzatmaq barədə qəbul etdiyi qərarı diqqətlə izləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31