İsrail Qəzza zolağında müdafiə bəndlərinin tikintisinə başlayıb- ÖZƏL

İsrail ordusu Qəzza zolağının daxilində "sarı xətt" adlandırılan ərazi boyunca genişmiqyaslı müdafiə istehkamlarının tikintisinə başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi peyk görüntülərinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət atəşkəs razılaşmasından sonra İsrail Müdafiə Qüvvələrinin (SAXAL) yerləşdirildiyi "sarı xətt" boyunca inşa edilən müdafiə qurğularından gedir. Həmin xətt Qəzza zolağının İsrailin nəzarətində qalan 50 faizdən çox ərazisini HƏMAS-ın nəzarət etdiyi hissədən ayırır.
AP-nin məlumatına əsasən, son aylarda İsrail hərbçiləri əsasən torpaq bəndlərindən ibarət təxminən 23 kilometr uzunluğunda müdafiə istehkamları tikiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31