Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri fəaliyyətə başlayıb
11:25 DünyaAlmaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dirk Lölke fəaliyyətə başlayıb.Bu barədə Almaniyanın Azərbaycandakı Səfirliyinin rəsmi "Facebook" səhifəsində paylaşım edilib.Bildirilib ki, səfir Dirk Lölke qarşıdakı illərdə Almaniya ilə Azərbaycan arasında münasibətlərin daha da möhkəmləndirilməsi, həmçinin siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində çalışacağını bildirib."Qarşıdan gələn illərdə Almaniya-Azərbaycan münasibətlərini daha da gücləndirməyi, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm", - deyə səfir qeyd edib.Paylaşım "Uğurlu əməkdaşlığa doğru!" mesajı ilə yekunlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31