Rusiya İtaliyanın hərbi attaşesini və köməkçisini ölkədən çıxarır- ÖZƏL

Rusiya İtaliyanın Moskvadakı hərbi attaşesini və onun köməkçisini ölkədən çıxarmaq qərarı verib. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Zaxarovanın sözlərinə görə, bu addım İtaliyanın daha əvvəl iki rusiyalı hərbi attaşeni ölkədən çıxarmasına cavab tədbiridir.
İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani isə Moskvanın qərarını "qisas aktı" adlandıraraq, Rusiyanın İtaliya hərbi attaşesini və onun köməkçisini ölkədən çıxarması üçün heç bir əsas olmadığını bildirib.
Mariya Zaxarova isə Tayaninin bu açıqlamasını təkzib edərək, onun Rusiyanın heç bir əsas olmadan İtaliya hərbi attaşesini və köməkçisini ölkədən çıxardığı barədə yalan danışdığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31