Ermənistanda Samvel Karapetyanı azadlığa buraxan hakim təqib olunur – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Past" nəşrinin məlumatına görə, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanı zəmanətlə ev dustaqlığına buraxan hakim Sarkis Petrosyan hakimiyyətin təzyiqləri ilə üzləşib. S. Petrosyan həm də ikinci prezident Robert Koçaryanın işi üzrə hakimdir.

Qərardan sonra sosial şəbəkələrdə hakimin adının hallandığı şəxsi yazışmalar sızdırılıb. S. Petrosyan məlumatları təkzib etsə də, nəşr bunun onun nüfuzunu sarsıtmaq məqsədilə edildiyini və müstəqil qərarlar verən hakimlərin hakimiyyətin "qara siyahı"sına düşdüyünü bildirib.

Qeyd edək ki, kilsəyə dəstək verdikdən sonra həbs edilən və çirkli pulların yuyulmasında ittiham olunan S. Karapetyan günahsız olduğunu və siyasi təzyiqlərə məruz qaldığını bəyan edib. O, 2025-ci ilin dekabrında 10 milyon dollar zəmanət qarşılığında ev dustaqlığına buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31