SEPAH Küveyt və Bəhreyndə ABŞ hədəflərinə zərbələr endirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Bəhreyndə ABŞ hərbi infrastrukturuna bir sıra zərbələr endirdiyini aaçıqlayıb.

Olaylar xəbər verir ki, SEPAH hücumun üç mərhələdə PUA və raketlərdən istifadə edilərək həyata keçirildiyini bildirib.

Birinci mərhələdə Bəhreynin Əl-Saxir hava limanında yerləşən Amerika bölmələrinə məxsus PUA-ların saxlama və texniki xidmət anqarları hədəfə alınıb. İkinci mərhələdə Bəhreynin Port Salman şəhərindəki TF59 tapşırıq qrupunun qayıqları üçün təlim anqarlarına hücum edilib. Üçüncü mərhələdə isə Küveytdəki Arifcan hava bazasında dəniz xüsusi təyinatlı qüvvələrinin bölmələrinin yerləşdirilməsi, dəstəklənməsi və təchiz edilməsi üçün istifadə edilən anqarlar vurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31