Cənubi Koreya vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tövsiyə etdi
20 İyul 18:25 DünyaCənubi Koreya Xarici İşlər Nazirliyi Yaxın Şərq regionunda qısamüddətli səfərdə olan öz vətəndaşlarına bölgəni dərhal tərk etmələri barədə xəbərdarlıq edib.
Olaylar xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Qeyd edək ki, regionda vəziyyət ABŞ və İran arasında artıq bir həftədən çoxdur davam edən silahlı toqquşmalar səbəbindən kritik həddə çatıb.
İyun ayında əldə olunmuş və müharibəni dayandırmalı olan ilkin sülh sazişinin pozulması, həmçinin Hörmüz boğazında gəmiçilik üçün tətbiq edilən məhdudiyyətlər bölgədəki təhlükəsizlik risklərini daha da artırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31