İspaniyada final qələbəsi qeyd olunan zaman faciə yaşanıb

İspaniyada futbol üzrə dünya çempionatının finalında milli komandanın qələbəsinin qeyd edilməsi zamanı bir yeniyetmə faciəvi şəkildə həyatını itirib. Hadisə Kastiliya və Leon muxtar icmasının Syudad-Rodriqo yaşayış məntəqəsində baş verib.

"El País" qəzetinin yazdığına görə, gənclər qələbəni qeyd etmək üçün fəvvarənin içərisində olarkən konstruksiyanın bir hissəsi çöküb. Polis əməkdaşları gənc oğlana kömək göstərməyə çalışsalar da, o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə nəticəsində daha iki nəfər xəsarət alıb.

İyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində Argentina və İspaniya Milli Komandaları arasında DÇ2026 final oyunu keçirilib. Əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə qalib gələn İspaniya millisi dünya çempionu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31