Kaxa Kaladze: Nifrət dili və qarşıdurma xaricdən təşviq edilir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tbilisi merı Kaxa Kaladze sosial şəbəkələrdə nifrət dilinin yayılması ilə bağlı jurnalistin sualını cavablandırarkən bildirib ki, ağlı başında olan heç kim söyüş və söyüş xarakterli təhqirləri bəyənmir.

Kaladzenin sözlərinə görə, nifrət dili, qütbləşmə, qarşıdurma yaratmaq cəhdləri, inqilabi ssenarilər və zorakı qrupların dəstəklənməsi xaricdən məcburi şəkildə qəbul etdirilir və bu məqsədlərə illərdir yüz milyonlarla dollar xərclənir. Şəhər meri vurğulayıb ki, kiməsə rəğbət bəsləməmək və ya onun fəaliyyətini qəbul etməmək həmin şəxsi fiziki və ya sözlü təhqir etməyə əsas vermir. O, bu problemin həlli üçün xüsusi xidmətin yaradıldığını və nəticə əldə etmək üçün müəyyən zamana ehtiyac olduğunu əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31