Daha bir gəmi dron hücumuna məruz qaldı – Azərbaycanlı dənizçilər xilas edildi

Qara dənizdə mülki ticarət gəmilərinə qarşı hücumlar davam edir. "Babylon" adlı quru yük gəmisi Rusiyanın Anapa şəhəri yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, hücum nəticəsində gəmi zədələnsə də, ekipaj üzvlərinin təhlükəsizliyi təmin edilib. Gəmidə olan dənizçilər təxliyə edilərək yaxın limana çatdırılıblar. İlkin məlumatlara əsasən, ekipaj üzvləri arasında ölən və ya ağır yaralanan olmayıb.

Hadisənin hansı tərəfin hücumu nəticəsində baş verdiyi barədə rəsmi açıqlama verilməyib. Son günlər Qara dəniz və Azov dənizi akvatoriyasında Rusiya-Ukrayna müharibəsi fonunda mülki yük gəmilərinə qarşı dron hücumlarının sayı artıb. Beynəlxalq Dəniz Təşkilatı (IMO) da mülki gəmiçilik üçün təhlükələrin artdığı barədə xəbərdarlıq edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31