Geqam Manukyan: "Hökumətin əli-qolu bağlıdır, müxalifət birləşməlidir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Ermənistan" müxalifət blokunun üzvü Geqam Manukyan "Sputnik Armenia" radiosunda bildirib ki, yeni seçilmiş Milli Məclisdə hökumət 2021-ci ildəki imkanlarını itirib və bu, müxalifət üçün yeni perspektivlər açır.

Manukyanın sözlərinə görə, Baş nazir Nikol Paşinyanın və hökumətin səlahiyyətləri azalan mandat sayı səbəbindən məhdudlaşıb. Bu vəziyyət həm yeni Konstitusiya layihəsinə, həm də konstitusiya qanunlarına təsir edəcək. O, müxalifətin əsas prioritetinin güclü olmaq və birləşmək olduğunu vurğulayıb: "Əgər 2021-ci ildə əsas diqqət təhlükəsizlik məsələlərinə yönəlmişdisə, indi sosial-iqtisadi layihələr təqdim etməli, seçki vədlərimizi reallaşdırmağa çalışmalıyıq. Qəbul olunsa yaxşı, olunmasa məsuliyyət hökumətin üzərinə düşəcək."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31