İranda ard-arda iki güclü zəlzələ oldu

İranın Kirmanşah əyalətinin Kozran bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, ilk zəlzələdən 5 dəqiqə sonra eyni ərazidə 5,7 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.

Dağıntı və itki barəsində heç bir məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31