Meksikada 7,4 bal gücündə zəlzələ baş verdi
19:45 DünyaMeksikanın cənubundakı Puerto Madero şəhərində 7,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlardan sonra bölgə üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Olaylar xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Sakit okean sahilində, Çiapas ştatında yerləşən Puerto Madero şəhəri Qvatemala sərhədinə yaxın ərazidə yerləşir.
"Reuters" agentliyi isə bildirir ki, zəlzələdən sonra ABŞ-nin sunami xəbərdarlığı sistemi region üçün sunami təhlükəsi barədə məlumat yayıb.
Agentliyin məlumatına əsasən, yeraltı təkanlar Qvatemalanın paytaxtında və Salvadorda da hiss olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31