ABŞ Çin idxalına tətbiq olunan rüsumları dəyişməyəcək
19:29 DünyaABŞ administrasiyası Pekinin Amerika seçkilərinə müdaxilə etdiyi iddialarına baxmayaraq, Çin məhsullarına tətbiq olunan idxal rüsumlarında dəyişiklik etməyi planlaşdırmır.
Olaylar xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin ticarət və istehsal məsələləri üzrə müşaviri Piter Navarro bildirib.
O, ABŞ-nin Çinlə bağlı tarif siyasətinə yenidən baxıb-baxmayacağı ilə bağlı suala cavab olaraq bunun nəzərdə tutulmadığını deyib.
Navarronun sözlərinə görə, tarif siyasəti ilə seçkilərə mümkün müdaxilə iddiaları fərqli məsələlərdir.
"Bu, Çinlə bağlı məsələ deyil. Söhbət ABŞ-də siyasi səviyyədə seçki sistemimizin təhlükəsizliyinin təmin edilməməsindən gedir", - deyə müşavir vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31