25 məşhur saxlanıldı - Sıla da var

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.

Musavat.com xəbər verir ki, əməliyyat Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən aparılır.

Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, cəmiyyətin sağlamlığı və təhlükəsizliyini təhdid edən narkotik vasitələrə qarşı mübarizə tədbirləri çərçivəsində sənətçi, aktyor, iş adamı və müxtəlif müəssisələrin rəhbərləri kimi tanınan şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etməsi, bu maddələrin istifadəsini asanlaşdırması və ya istifadə üçün şərait yaratmasına dair əsaslı şübhələri təsdiqləyən sübutlar əldə olunub.

İstintaq çərçivəsində 25 nəfər barəsində saxlanılma qərarı verilib.

Saxlanılanlar arasında müğənnilər Sıla Gençoğlu, İlyas Yalçıntaş, Mehmet Fatih Aksoy, Ateş İnce, Şefik Ömer Dolman, Aybüke Aldere, Ayşe Nur Balcı, İrem Haznedar, Orhan Yıldız və Öner Faruk Işık da var.

Bundan başqa, müğənni Yaşar İpekin qardaşı Eylem İpek Şafak və onun həyat yoldaşı Gökhan Şafak da saxlanılan şəxslər arasındadır.

NTV-nin müxbiri Dilek Yaman Demirin məlumatına görə, şübhəli şəxslərə narkotik və psixotrop maddələrdən istifadə, istifadə üçün yer təmin etmə və bu maddələrin istifadəsini asanlaşdırma ittihamları irəli sürülür.

İstintaq tədbirləri davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31