Avropa İttifaqı ilə Ukrayna arasında bir milyardlıq "Dron sazişi" imzalanıb

Ukrayna və Avropa İttifaqı arasında 1 milyard avro dəyərində "Dron sazişi" imzalanıb.

Olaylar.az xəbər verir ki, saziş Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında imzalanıb.

"Bu gün Ukrayna ilə Avropa İttifaqı arasında əsas müdafiə müqaviləsi olan "Dron Sazişi"nin əsasını təşkil edəcək ilk sənəd imzalandı. Bu, həqiqətən də münasibətlərimizdə tarixi bir addımdır. Gələcəkdə isə ballistik raket əleyhinə proqramımız üçün Aİ-dən maliyyə dəstəyi gözləyirik", - deyə Ukrayna Prezidenti bildirib.

Fon der Leyen isə qeyd edib ki, Avropa Birliyi Ukraynada dron istehsalına AB-nin Kiyevə verdiyi 90 milyard avroluq kreditdən 1 milyard avro ayırmaq niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31