ABŞ Rusiyanın iki vətəndaşına və bir şirkətinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Rusiyanın iki vətəndaşına və bir şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Olaylar xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında yerləşdirilib.

Rusiya vətəndaşları Vadim Drujbin və Mariya Selinaya, eləcə də bir İtaliya vətəndaşına və bir İran vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Sanksiyalar həmçinin Rusiyada yerləşən "Avratek" şirkətinə, eləcə də İran və Nigeriyada yerləşən iki şirkətə qarşı da tətbiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31