Rusiya Hərbi Dəniz Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi və Dəniz Kollegiyasının sədri Nikolay Patruşev ölkənin dəniz strateji nüvə qüvvələrinin tam döyüş hazırlığı vəziyyətində olduğunu bəyan edib.

"RİA Novosti"yə müsahibə verən Patruşevin sözlərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələri (HDQ) ölkənin milli maraqlarını təkcə sərhədyanı zonalarda deyil, həm də Dünya okeanının müxtəlif bölgələrində qoruyur.

"Ehtimal olunan rəqiblərdən gələn bütün təhdidlər HDQ-nin inkişaf planlarında, o cümlədən 2050-ci ilə qədər olan gəmiqayırma proqramı layihəsində nəzərə alınır."

Patruşev həmçinin vurğulayıb ki, bu il yaradılmasının 330 illiyini qeyd edəcək Rusiya HDQ-nin şəxsi heyəti hazırda da ölkənin Dünya okeanındakı maraqlarını qətiyyətlə müdafiə etməkdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31